Mira Qoluboviç: Bunun davamını İstanbulda gətirəcəyik
15.02.2013 - 09:15
“Rabitə”nin kapitanı Mira Qoluboviç Çempionlar Liqasında “Dördlər finalı”na çıxmalarına münasibət bildirib. Apasport.az saytının məlumatına görə, serbiyalı voleybolçu Kazan “Dinamo”suna 3:1 hesabı ilə qalib gəldikləri hər 2 oyunda layiqli çıxış etdiklərini bildirib.
Onun sözlərinə görə, turnirin çempionu olmaq məqsədlərinə çatmaq üçün bütün güclərini səfərbər edəcəklər: “Biz “Dördlər finalı”na çıxa bildik. Bununla da ilk məqsədimizə çatdıq. Mən komandamla fəxr edirəm. İnanıram ki, bu mövsüm qazandığımız ardıcıl 10 qələbənin davamını İstanbulda gətirəcəyik”.
Qeyd edək ki, “Rabitə”nın turnirin yarımfinalında İtaliyanın “Yamamay” klubu ilə üzləşəcək. “Dördlər finalı”na bu dəfə İstanbul ev sahibliyi edəcək.

- Millimiz Portuqaliya ilə qarşılaşacaq
- Möhtəşəm geridönüş - Türkiyə Almaniyanı məğlub etdi
- Eldar Zülfüqarov Avropa Liqasının oyunlarına təyinat alıb
- Qadın və kişi voleybolçulardan ibarət millimiz Avropa Liqasında mübarizəni davam etdirirlər
- Bakıda keçiriləcək çimərlik voleybolu üzrə beynəlxalq turnirə 40 komanda qatılacaq
0
0