Marçello Abbondanza növbəti hədəflərini açıqladı
15.02.2013 - 09:37
“Kazan “Dinamo”su çox güclü komandadır. Ancaq biz sübut etdik ki, heyətimizdə yaxşı oyunçular var və rəqibdən güclüyük”. Apasport.az saytının məlumatına görə, bu fikirləri “Rabitə”nin baş məşqçisi Marçello Abbondanza deyib. İtaliyalı mütəxəssis Çempionlar Liqasının 1/3 finala mərhələsində Kazan “Dinamo”suna 3:1 hesabı ilə qalib gəldikləri cavab oyunundan sonra növbəti məqsədlərini açıqlayıb.
O bildirib ki, qələbələrində yetirmələri ilə yanaşı, azarkeşlərinin də böyük payı olub: “Qızlarımız “Dinamo” ilə oyunda özlərini ən yaxşı tərəfdən göstərdilər. Mən azarkeşlərimizə dəstəyə görə minnətdarlıq etmək istəyirəm. Onlar möhtəşəm idilər. Məqsədimiz “Dördlər finalı”nda da qələbə seriyamızı davam etdirməkdır”.
Qeyd edək ki, Abbondanza ötən il İtaliyanın “Villa Korteze” klubunu “Dördlər finalı”na daşıyaraq, buna ardıcıl 2-ci dəfə nail olub.

- Millimiz Portuqaliya ilə qarşılaşacaq
- Möhtəşəm geridönüş - Türkiyə Almaniyanı məğlub etdi
- Eldar Zülfüqarov Avropa Liqasının oyunlarına təyinat alıb
- Qadın və kişi voleybolçulardan ibarət millimiz Avropa Liqasında mübarizəni davam etdirirlər
- Bakıda keçiriləcək çimərlik voleybolu üzrə beynəlxalq turnirə 40 komanda qatılacaq
0
0