“Biz həqiqətən nəyə qadir olduğumuzu göstərə bilmədik”
15.02.2013 - 10:10
“Komandamız qələbəyə köklənmişdi. Ancaq biz həqiqətən nəyə qadir olduğumuzu göstərə bilmədik”. Apasport.az saytının məlumatına görə, bu fikirləri Azərbaycan milli komandasının voleybolçusu Natalya Məmmədova deyib. Hücumçunun cari mövsümdən şərəfini qoruduğu Rusiyanın “Omiçka” klubu CEV kubokunun yarımfinalında Polşa “Bank Fakro”suna hər 2 oyunda uduzaraq, mübarizəni dayandırıb. Bununla da tarixində ilk dəfə bu mərhələyə yüksələn Omsk təmsilçisi daha yüksək nəticəyə imza atmaq şansını qaçırıb.
Məmmədova səfərdə keçirdikləri matçda buraxdıqları səhvlərin həlledici olduğunu bildirib: “Matça bərabər səviyyədə başladıq. Ancaq həlledici anlarda lazımsız səhvlərə yol verdik. Rəqib bizi yaxşı təhlil etmişdi. Biz onların blokunu və müdafiəsini yara bilmədik. Çətin idi, oyun alınmırdı. Buna görə də belə nəticə oldu”.

- Millimiz Portuqaliya ilə qarşılaşacaq
- Möhtəşəm geridönüş - Türkiyə Almaniyanı məğlub etdi
- Eldar Zülfüqarov Avropa Liqasının oyunlarına təyinat alıb
- Qadın və kişi voleybolçulardan ibarət millimiz Avropa Liqasında mübarizəni davam etdirirlər
- Bakıda keçiriləcək çimərlik voleybolu üzrə beynəlxalq turnirə 40 komanda qatılacaq
0
0