Ağayeva məğlubiyyətə üzüldü
19.02.2013 - 15:00
Azərbaycan millisinin voleybolçusu Yana Ağayeva bu gün Cənubi Koreya çempionatında növbəti oyununa çıxıb. Apasport.az saytının məlumatına görə, təmsilçimizin şərəfini qoruduğu “Hyundai” 3-cü yer uğrunda əsas rəqibi olan EX klubunu qəbul edib.
Matç Ağayevanın komandası üçün yaxşı başlayıb. Lakin onlar 2:0 hesabı ilə irəlidə olmalarına baxmayaraq, yekunda 2:3 (25:20, 25:17, 11:25, 18:25, 12:15) hesabı ilə uduzublar. 26 dəqiq zərbə vuran Yana isə yenə “Hyundai”nin ən yaxşısı seçilib.
Qeyd edək ki, XXIV turdan sonra “Hyundai” 40 xalla yenə dördüncü yerdədir. EX isə rəqibindən 1 oyun çox keçirdiyindən 42 xala malikdir.

- Millimiz Portuqaliya ilə qarşılaşacaq
- Möhtəşəm geridönüş - Türkiyə Almaniyanı məğlub etdi
- Eldar Zülfüqarov Avropa Liqasının oyunlarına təyinat alıb
- Qadın və kişi voleybolçulardan ibarət millimiz Avropa Liqasında mübarizəni davam etdirirlər
- Bakıda keçiriləcək çimərlik voleybolu üzrə beynəlxalq turnirə 40 komanda qatılacaq
0
0