“Rabitə”nin rəqibləri üz-üzə gəldi
24.02.2013 - 11:49
Qadın voleybolçular arasında Türkiyə kubokunun “Dördlər finalı”nda növbəti oyunlar keçirilib. Apasport.az saytının məlumatına görə, gələn ay İstanbulda keçiriləcək Çempionlar liqasının həlledici mərhələsində Azərbaycan çempionu “Rabitə”nin rəqibləri olan “Vakifbank”la “Qalatasaray” ölkə kubokunda üz-üzə gəliblər. Sonuncular 1:3 (17:25, 23:25, 25:23, 14:25) hesabı ilə uduzaraq kubok qazanmaq şansını itiriblər. Belə ki, son turda üz-üzə gələcək “Əczaçıbaşı” və “Vakifbank” kubokun sahibini öz aralarında müəyyənləşdirəcək.
Qeyd edək ki, “Qalatasaray”la “Vakifbank” Çempionlar Liqasının yarımfinalında qarşılaşacaq.
Qeyd edək ki, “Qalatasaray”la “Vakifbank” Çempionlar Liqasının yarımfinalında qarşılaşacaq.
- Millimiz Portuqaliya ilə qarşılaşacaq
- Möhtəşəm geridönüş - Türkiyə Almaniyanı məğlub etdi
- Eldar Zülfüqarov Avropa Liqasının oyunlarına təyinat alıb
- Qadın və kişi voleybolçulardan ibarət millimiz Avropa Liqasında mübarizəni davam etdirirlər
- Bakıda keçiriləcək çimərlik voleybolu üzrə beynəlxalq turnirə 40 komanda qatılacaq
0
0