“Vaşaş”la ölkə çempionu olub, Bakı klubunda oynayacaq - FOTO
27.05.2013 - 13:31
“Rabitə” yeni transferini rəsmiləşdirib. Apasport.az saytının məlumatına görə, Bakı təmsilçisi bu dəfə heyətinə Macarıstan millisinin aparıcı voleybolçusu Dora Horvatla anlaşıb.
25 yaşlı voleybolçu Rusiyanın “Ufimoçka” klubundan transfer olunub. O, qarşıdakı mövsümdə Azərbaycan çempionun şərəfini qoruyacaq.
2004-cü ildən yığmasının heyətinə cəlb olunan Horvat əsasən İtaliya klublarındakı uğurlu çıxışı ilə fərqlənib. Belə ki, 2003-2006-cı illərdə vətənində “Vaşaş”ın heyətində yer alan 187 sm boya malik voleybolçu Apennin yarımadasında “Minevra” (2006-2010), “Novara” (2010-2012) və “Modena” (2012) klublarında oynayıb. O, 2005-ci ildə Macarıstan çempionluğunu yaşayıb.
Qeyd edək ki, “Rabitə” daha öncə polşalı Katarjina Skovronska və avstraliyalı Reyçel Rurku transfer edib, Katarjina Skorupa (Polşa), Foluke Akinradevo (ABŞ) və Aurea Kruz (Puerto-Riko) ilə müqaviləni uzadıb.

- Bu gün XIX tura start veriləcək
- Azərbaycan Voleybol Federasiyası hakimlərin hazırlığı üzrə seminarın sonuncu mərhələsini keçirib
- Azərbaycanlı mütəxəssis 1/4 final görüşündə
- Azərbaycan millisi İspaniyada AVRO-2026-nın təsnifat turnirində mübarizə aparacaq
- Yüksək Liqada pley-off mərhələsinin təqvimi bəlli olub
0
0