“Azərbaycan klubları Çempionlar Liqasının əsas favoritlərindəndir”
29.05.2013 - 15:06
“Son vaxtlar Avropa klub voleybolunun liderliyində dəyişiklik baş verib. İlk növbədə, Türkiyə və Azərbaycan komandaları beynəlxalq yarışlarda ön sıralara yüksəliblər”. Apasport.az saytının məlumatına görə, bunu Avropa Voleybol Konfederasiyasının (CEV) prezidenti Andre Meyer deyib.
CEV rəhbəri Çempionlar Liqası ilə bağlı proqnozlarını açıqlayıb. O, konfederasiyanın rəsmi saytına yarışla bağlı danışarkən Azərbaycanda voleybolun yüksəlişini xüsusi qabardıb: “Mən belə gözləyirəm ki, qarşıdakı mövsümdə də məhz Azərbaycan və Türkiyədən olan klublar Çempionlar Liqasının əsas favoritləri olacaqlar. “Dördlər finalı”nda görməyə əsas namizədlər də məhz bu ölkələrin təmsilçiləridir. Bundan başqa qeyd etməliyəm ki, qarşıdakı yarışda 7 klub debütant qismində mübarizə aparacaq. Belçika isə tarixində ilk dəfə burada təmsil olunacaq”.
Qeyd edək ki, Çempionlar Liqasının yeni mövsümündə Azərbaycanı “Rabitə”, “İqtisadçı” və “Azəryol” təmsil edəcəklər.

- Bu gün XIX tura start veriləcək
- Azərbaycan Voleybol Federasiyası hakimlərin hazırlığı üzrə seminarın sonuncu mərhələsini keçirib
- Azərbaycanlı mütəxəssis 1/4 final görüşündə
- Azərbaycan millisi İspaniyada AVRO-2026-nın təsnifat turnirində mübarizə aparacaq
- Yüksək Liqada pley-off mərhələsinin təqvimi bəlli olub
0
0