İtaliya kubokunun qalibi Bakı klubunda - EKSKLÜZİV
01.06.2013 - 13:30
“İqtisadçı” heyətini gücləndirməkdə davam edir. Apasport.az saytının məlumatına görə, Çin millisinin oyunçusu Vey Kiuyue ilə 1 illik anlaşan Bakı təmsilçisi bu dəfə ABŞ yığmasının voleybolçusu Aleksandra Klinemanla müqavilə bağlayıb.
24 yaşlı oyunçu İtaliyanın “Villa Kortese” klubundan transfer olunub. Aleksandra daha öncə ölkəsində “Stanford University” (2007-2010) və Pesaroda “Skovolini”nin (2011-2012) komandasında çıxış edib. Apennin yarımadasında son 2 mövsümdə ölkə kubokunun finalında iştirak edən yeni “tələbə” bu il qalib olub.
2008-ci ildən millisinə dəvət alan Klineman 2011-ci ildə Panamerika oyunlarında bürünc medalçı olub. 195 sm boya malik voleybolçu həmçinin gənclər yığmasının heyətində də mükafatçılar sırasında yer alıb.
Qeyd edək ki, “İqtisadçı” bu il Çempionlar Liqasında debüt edəcək.

- Bu gün XIX tura start veriləcək
- Azərbaycan Voleybol Federasiyası hakimlərin hazırlığı üzrə seminarın sonuncu mərhələsini keçirib
- Azərbaycanlı mütəxəssis 1/4 final görüşündə
- Azərbaycan millisi İspaniyada AVRO-2026-nın təsnifat turnirində mübarizə aparacaq
- Yüksək Liqada pley-off mərhələsinin təqvimi bəlli olub
0
0