“Rabitə”nin baş məşqçisi Azərbaycana çempion kimi gəlir
03.06.2013 - 08:35
Qadın voleybolçular arasında İsveçrənin Montre şəhərində keçirilən “Volley Masters” turnirinə yekun vurulub. Apasport.az saytının məlumatına görə, 8 yığmanın qatıldığı yarış Braziliya millisinin çempionluğu ilə yekunlaşıb.
Azərbaycan çempionu “Rabitə”nin yeni baş məşqçisi Paulo Kokonun çalışdırıcılar korpusunda yer aldığı “sambaçılar” həlledici oyunda Rusiya ilə qarşılaşıb. Cənubi amerikalılar Avropa çempionatının final mərhələsində Azərbaycan millisinin rəqibi olan şimal qonşularımıza qalib gəliblər – 3:0 (25:23, 25:23, 25:22). Üçüncü yer uğrunda matçda isə Dominikan Respublikası İtaliyanı 3:1 (15:25, 25:22, 25:18, 26:24) hesabı ilə məğlub edib.
Qeyd edək ki, turnirə Braziliya və Dominikan Respublikası istisna olmaqla, digər komandalar gənc voleybolçularla qatılıblar.

- Bu gün XIX tura start veriləcək
- Azərbaycan Voleybol Federasiyası hakimlərin hazırlığı üzrə seminarın sonuncu mərhələsini keçirib
- Azərbaycanlı mütəxəssis 1/4 final görüşündə
- Azərbaycan millisi İspaniyada AVRO-2026-nın təsnifat turnirində mübarizə aparacaq
- Yüksək Liqada pley-off mərhələsinin təqvimi bəlli olub
0
0