“Azəryol” göndərdi, “İqtisadçı” gətirdi
05.06.2013 - 18:00
“İqtisadçı” növbəti transferlərini reallaşdırıb. Apasport.az saytının məlumatına görə, universitet komandası Hollandiya millisinin voleybolçusu Manon Flier və İtaliya yığmasının sabiq oyunçusu Valentina Serena ilə danışıqları müsbət yekunlaşdırıb.
Belə ki, Flier Azərbaycan voleybolsevərlərinə yaxşı tanışdır. Ötən il “Azəryol”da (“Azərreyl”) oynayan 29 yaşlı legioner Rusiya “Omiçka”sına keçməyə yaxın olsa da, son anda fikrini dəyişərək ölkəmizdə qalıb.
Serena isə “İqtisadçı”ya Polşanın “Bank Fakro” klubundan transfer olunub. 32 yaşlı toppaylayıcı yığması ilə 1998 ildə Avropa çempionu olub. O, həmçinin Polşa çempionluğunu, ölkə və CEV kubokunu qazanıb.
Hər 2 oyunçu ilə 1 illik anlaşma imzalanıb.
Qeyd edək ki, “İqtisadçı” daha öncə Vey Kiuyuen, Yun Ven Ma (hər ikisi Çin) və Aleksandra Klinemanla (ABŞ) da müqavilə bağlayıb.

- Bu gün XIX tura start veriləcək
- Azərbaycan Voleybol Federasiyası hakimlərin hazırlığı üzrə seminarın sonuncu mərhələsini keçirib
- Azərbaycanlı mütəxəssis 1/4 final görüşündə
- Azərbaycan millisi İspaniyada AVRO-2026-nın təsnifat turnirində mübarizə aparacaq
- Yüksək Liqada pley-off mərhələsinin təqvimi bəlli olub
0
0