ABŞ yığması Azərbaycanla görüşə gələ bilmədi
20.06.2013 - 11:42
Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin Qazaxıstanda qatılacağı beynəlxalq turnirin iştirakçılarının siyahısında dəyişiklik olub. Apasport.az saytının məlumatına görə, ABŞ-ın tələbələr yığması iyunun 24-də Pavlodarda start götürəcək Nursultan Nazarbayevin şərəfinə keçiriləcək yarışa gələ bilməyəcək. Buna səbəb amerikalıların səfərlə bağlı sənədləri qaydasına vaxtında sala bilməmələri olub.
Beləliklə, turnirdə 6 komanda mübarizə aparacaq. Bunlar Faiq Qarayevin yetirmələri ilə yanaşı, Qazaxıstanın əsas və ikinci yığması, Belarus millisi, Rusiyanın “Uraloçka” və Çinin “Lyaonin” klublarıdır.
Qeyd edək ki, 29-da başa çatacaq yarışdan daha öncə Ukrayna millisi imtina etmişdi. Onlar bunu Avro-2013-ə hazırlıqla əlaqələndirmişdi.

- Yüksək Liqa: “Murov Az Terminal” və “Ordu”dan qələbə
- Bu gün XIX tura start veriləcək
- Azərbaycan Voleybol Federasiyası hakimlərin hazırlığı üzrə seminarın sonuncu mərhələsini keçirib
- Azərbaycanlı mütəxəssis 1/4 final görüşündə
- Azərbaycan millisi İspaniyada AVRO-2026-nın təsnifat turnirində mübarizə aparacaq
0
0