Bakıda “Azərreyl” “Uraloçka” ilə bacarmadı
15.01.2014 - 19:40
Bakıda “Azərreyl” “Uraloçka” ilə bacarmadı
Bu gün qadın voleybolçular arasında CEV kubokunun 1/4 final mərhələsində daha 1 oyun keçirilib. Apasport.az saytının məlumatına görə, günün yeganə matçında “Azərreyl” “Uraloçka”nı qəbul edib.

Voleybol Mərkəzində baş tutan qarşılaşma Aleksandr Çervyakovun yetirmələrinin məğlubiyyəti ilə başa çatıb. Düzdür, komandamız ilk hissədə əsl əzmkarlıq nümayiş etdirərək, qələbə qazanıblar. Təəssüf ki, voleybolçularımız bunun ardını gətirə bilməyiblər.

İlk hissədə məğlubiyyətdən və əfsanəvi baş məşqçi Nikolay Karpolun tapşırıqlarından nəticə çıxaran “Uraloçka” isə sanki doğma divarlar arasında oynayırmış kimi xalları sıralayıb. Onlar ikinci seti bir qədər çətinliklə aktivlərinə yazsalar da, növbəti 2 hissədə ciddi rəqabətlə qarşılaşmayıblar və 3:1 hesabı ilə qalib gəliblər.

Cavab görüşün yanvarın 22-də Yekaterinburqda keçiriləcək.


CEV kuboku
1/4 final, ilk oyun

15 yanvar

“Azərreyl” (Azərbaycan) – “Uraloçka” (Rusiya) - 1:3 (25:22; 23:25; 13:25; 16:25)
Hakimlər: Marek Laqierski (Polşa), Tiran Şaino (İsrail)
Bakı, Voleybol Mərkəzi