[b]2 zəifdən biri – Azərbaycan millisi [/b]
31.07.2018 - 11:08
[b]2 zəifdən biri – Azərbaycan millisi

[/b]

Makedoniyanın paytaxtı Skopyedə 18 yaşadək oğlan basketbolçular arasında Avropa birinciliyinin statistikası açıqlanıb. Apasport.az saytının məlumatına görə, 3 turun yekununa əsasən müəyyənləşən siyahıda Azərbaycan yığması 2 ən zəif komandadan biridi.

 

Belə ki, qələbə qazanmayan ölkələr arasında ən pis göstərici Albaniyaya məxsusdu. D qrupunda yer alan bu komandada top fərqi -168-ə bərabərdi – 126-294.

 

Azərbaycan basketbolçularında isə top fərqi -96-dı. Estoniya, Macarıstan və Belçikaya uduzan Samir Nuruzadənin yetirmələri 161 xala sevindikləri halda, 257 xala üzülüblər.

 

24 ölkə arasında Albaniya və Azərbaycan kimi, İsveçrə, Gürcüstan və İslandiya da qələbə üzünə həsrətdi.

 

Hələlik ən yaxşı göstərici Sloveniyaya məxsusdu. Hər 3 görüşdə qələbə qazanan balkanlılarda top fərqi +87-di. Ümumilikdə isə Belarus, Estoniya və Çexiya hələlik xal itirməyib.

 

Qeyd edək ki, Azərbaycan yığması 1 günlük fasilənin ardından bu gün Avstriya ilə oynayacaq.

0