Azərbaycan Basketbol Federasiyasının vitse-prezidenti vəfat edib
06.09.2019 - 18:11

Azərbaycan idmanına ağır itki üz verib.
APA-nın məlumatına görə, Azərbaycan Basketbol Federasiyasının vitse-prezidenti Azər Qədirov vəfat edib.
SSRİ idman ustası, əməkdar məşqçi 81 yaşında uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib.
Allah rəhmət eləsin!
0
0