Cəlil Cəfərov CEV-in Baş Assambleyasında
26.09.2019 - 12:15
Cəlil Cəfərov CEV-in Baş Assambleyasında

Bu gün Fransanın paytaxtı Parisdə Avropa Voleybol Konfederasiyasının (CEV) 40-cı Baş Assambleyası start götürür.

APA-nın məlumatına görə, 2 gün davam edəcək tədbirdə Azərbaycan da təmsil olunur.  

Assambleyaya Voleybol Federasiyasını baş katibi Cəlil Cəfərov qatılıb.

Yığncaqda CEV-in 2019-cu il mövsümünün maliyyə hesabatı təqdim olunacaq. Daha sonra voleybolun Avropada daha geniş formada yayılmasına dair müzakirələr aparılacaq, müvafiq qərarlar qəbul olunacaq. 

Eyni zamanda, assambleyada Şərqi Avropa Voleybol Assosiasiyasının (EEVZA) iclası keçiriləcək. Burada çimərlik voleybol, qar voleybolu və gənc komandalar arasında keçiriləcək  turnirlərlə  bağlı müzakirələr aparılacaq. 

0
voleybol Cəlil Cəfərov CEV