[b]Azərbaycan çempionu avrokuboka qatılmayacaq[/b]
26.06.2018 - 10:12
[b]Azərbaycan çempionu avrokuboka qatılmayacaq[/b]

Azərbaycan çempionu “Lokomotiv” voleybol klubu avrokuboklara qatılmayacaq. Apasport.az saytının məlumatına görə, Bakı təmsilçisi bu mövsüm beynəlxalq arenada mübarizə aparmağı məqsədəuyğun hesab etməyib.

 

Fərid Cəlalovun çalışdırdığı komanda bu səbəbdən də 2018/2019 mövsümü üçün sifariş ərizəsi də verməyib. “Lokomotiv” əsas diqqəti Yüksək Liqaya yönəldəcək.

0