Bolqarlar yığmamızı set fərqində qabaqladı
06.06.2018 - 20:25
Bolqarlar yığmamızı set fərqində qabaqladı

Qadın voleybolçular arasında Qızıl Avropa Liqası davam edir. Apasport.az saytının məlumatına görə, Azərbaycan yığmasının yer aldığı VI qrupda mübarizəyə yekun vurulub.

Millimizin Ukraynanı məğlub etdiyi son turda Bolqarıstanla Portuqaliya üz-üzə gəlib. Bu görüşün nəticəsi yığmamızın da gələcək taleyinə təsir edirdi. Qrupun autsayderini 3:0 hesabı ilə (25:17, 25:22, 27:25) məğlub edən bolqarlar qrupu birinci pillədə başa vurub və yarışın yarımfinal mərhələsinə vəsiqə qazanıblar. Bolqarıstanla xalımız eyni (15) olsa da, rəqib millimizi yalnız set fərqində qabaqlayıb.

Qrupu ikinci pillədə tamamlayan Azərbaycan yığmasının mübarizəni davam etdirib-etdirməməsi isə bu gün B qrupunda baş tutacaq Macarıstan – Finlandiya qarşılaşmasından asılı olacaq.

 

N

Ölkə

O

Q

M

S

T

X

1

Bolqarıstan

6

5

1

16-5

513-436

15

2

Azərbaycan

6

5

1

16-7

549-492

15

3

Ukrayna

6

2

4

8-13

483-491

6

4

Portuqaliya

6

0

6

3-18

397-523

0

0