[b]Federer “Rocers Kap”dan imtina etdi[/b]
24.07.2018 - 18:41
[b]Federer “Rocers Kap”dan imtina etdi[/b]

Rocer Federer fiziki vəziyyətini düşünərək yarış təqvimində dəyişiklik edib. Apasport.az saytının məlumatına görə, bu səbəbdən isveçrəli tennisçi Torontonun ev sahibliyi edəcəyi “Masters 1000” seriyalı “Rocers Kap”da iştirak etməmək qərarına gəlib.

 

Sözügedən turnirə kişilərin ATP sıralamasında “ilk onluq”da qərarlaşan bütün tennisçilərin qatılması gözlənilir.

 

“Rocers Kap”a avqustun 4-də start veriləcək.

 

Qeyd edək ki, Rocer Federer 2018-ci il tennis mövsümünün geridə qalan hissəsində sadəcə 7 turnirdə iştirak edib

0