[b]"İndi Los Ancelesin həm Allahı var, həm də kralı" - İbrahimoviçdən Ceymsin keçidinə münasibət
02.07.2018 - 15:12
[b]"İndi Los Ancelesin həm Allahı var, həm də kralı" - İbrahimoviçdən Ceymsin keçidinə münasibət

NBA ulduzu Lebron Ceyms karyerasını “Los Anceles Leykers”də davam etdirəcək. Apasport.az saytının məlumatına görə, MLS klublarından “Los Anceles Qalaksi”də forma geyən Zlatan İbrahimoviç tvitter hesabında bu keçidə münasibət bildirib:

 

“İndi Los Ancelesin həm Allahı var, həm də kralı. Zlatan kral Ceymsi salamlayır”.

 

Qeyd edək ki, Lebron Ceyms “Leykers”lə ümumilikdə 154 milyon dollar qazanacağı 4 illik müqaviləyə imza atacaq. Zlatan İbrahimoviç isə 2018-ci ilin yanvarından etibarən “Qalaksi”də çıxış edir.

0