[b]İsveç Bakıya gətirəcəyi heyəti açıqladı[/b]
30.07.2018 - 17:37
[b]İsveç Bakıya gətirəcəyi heyəti açıqladı[/b]

Kişi voleybolçulardan ibarət İsveç millisinin ilkin heyəti açıqlanıb. Apasport.az saytının məlumatına görə, skandinaviyalılar avqustun 15-də start götürəcək Avropa çempionatının seçmə mərhələsi üçün 20 oyunçu sifariş ediblər.

 

Azərbaycan millisi ilə G qrupunda mübarizə aparacaq isveçlilər son yarışlarla müqayisədə demək olar ki, eyni oyunçulara güvənəcək.

Komandanın baş məşqçisi Yohan İsaksonnnun Azərbaycan, Yunanıstan və Lüksemburqla görüşlər üçün çağırdığı voleybolçuların siyahısı aşağıdakı kimidi:

 

Toppaylayıcılar: 15. Viktor Nielsen, 17. Andreas Eriksson, 18. Dardan Luştaku

Blokçular: 6. Yans Ahremark, 9. David Pettersson, 10. Vilhelm Nilsson, 11. Filip Pettersson, 20. Anton Ribom

Hücumçular: 1. Linus Ekstrand, 4. Fredik Qustavsson, 5. Staffan Blomqren, 7. Avqust Borna, 8. Markus Nilsson, 12. Erik Sundberq, 13. Viktor Lindberq, 14. Yakub Link

Liberolar: 2. Anton Viyk, 3. Joel Andersson, 16. Edvin Svard, 19. Yohan Eriksson

 

Qeyd edək ki, Azərbaycan - İsveç matçı avqustun 15-də olacaq. Bakıda baş tutacaq görüş Voleybol Mərkəzində təşkil ediləcək və saat 18:00-da başlayacaq.

0