[b]Kavay Leonard Lebron Ceymslə bir yerdə oynamaq istəyir[/b]
29.06.2018 - 11:54
[b]Kavay Leonard Lebron Ceymslə bir yerdə oynamaq istəyir[/b]

“San Antonio Spörs”ün forvardı Kavay Leonard Lebron Ceymslə əlaqə saxlayıb. Apasport.az saytının “Yahoo! Sports”a istinadən məlumatına görə, Texas təmsilçisinin basketbolçusu Ceymsə onunla birlikdə oynamaq istədiyini deyib.

 

Onlar “San Antonio”lu forvardın müdafiə özəlliklərinin 33 yaşlı basketbolçunun üzərindəki təzyiqi azaldacağı mövzusunda həmfikirdilər.

 

Leonarda yaxın mənbələr onun karyerasını “Leykers”də davam etdirmək istədiyini bildirirlər. Eyni zamanda Lebron Ceyms də Los Anceles klubuna keçmək variantını ciddi şəkildə gözdən keçirir.

0