[b]Millətlər Liqasında Türkiyə - ABŞ finalı[/b]
30.06.2018 - 18:31
[b]Millətlər Liqasında Türkiyə - ABŞ finalı[/b]

Qadın voleybolçular arasında Millətlər Liqasının Çində keçirilən final mərhələsi başa çatmaq üzrədi. Apasport.az saytının məlumatına görə, bu gün turnirin yarımfinal mərhələsinin görüşləri baş tutub.

 

İlk matç Braziliya ilə Türkiyə arasında oynanılıb. Hər üç set gərgin mübarizə şəraitində keçməsinə baxmayaraq, türklər 3:0 hesablı qələbə qazanmağa müvəffəq olublar.

 

Digər cütlükdə isə Azərbaycan yığmasının DÇ-2018-dəki rəqibi ABŞ final yolunda Çinlə üz-üzə gəlib. Azarkeşlər bu dəfə də maraqlı oyuna tamaşa ediblər. Lakin çinlilərin cəmi 1 set qazanmağa gücləri çatıb.

 

Nəticədə rəqibini 3:1 hesabı ilə məğlub edən ABŞ finalda Türkiyəyə rəqib olub. Həlledici qarşılaşma sabah baş tutacaq və Bakı vaxtı ilə 15:00-da start götürəcək.

 

 

Millətlər Liqası

Yarımfinal mərhələsi

 

Braziliya – Türkiyə - 0:3 (23:25, 23:25, 22:25)

ABŞ – Çin – 3:1 (25:23, 25:20, 18:25, 25:18)

0