[b]Milli üzvü komandasına qələbə qazandırdı[/b]
01.07.2018 - 20:00
[b]Milli üzvü komandasına qələbə qazandırdı[/b]

Yay hazırlıqlarını davam etdirən bir sıra komandalar yoldaşlıq oyunlarında güclərini sınayırlar. Apasport.az saytının məlumatına görə, milli komandamızın üzvü Dmitri Nazarovun formasını geyindiyi “Erzgebirge” də növbəti matçını keçirib.

 

Aue təmsilçisi “Auerbax” ilə qarşılaşıb. Görüş milli üzvünün komandasının 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

 

Matça start heyətində başlayan Nazarov 46-cı dəqiqədə komandasının ikinci qoluna imza atıb.

0