Millimizin hücumçusu Fransa klubundan ayrıldı
04.06.2018 - 14:13
Millimizin hücumçusu Fransa klubundan ayrıldı

Azərbaycan millisinin voleybolçusu Anastasiya Qurbanova Fransanın “Venel” klubundan ayrılıb. Apasport.az saytının məlumatına görə, 29 yaşlı hücumçu ilə başa çatan müqavilə yenilənməyib.

Artıq “Venel” də Qurbanovanın komandanın düşərgəsini tərk etdiyini rəsmən açıqlayıb. Bu səbəbdən də voleybolçumuz yeni klub axtarışına start verib. Onun yenidən ölkə xaricində oynayacağı istisna olunmur.

Qeyd edək ki, Qurbanova “Venel”lə Fransa çempionatının 1/4 finalınadək irəliləmişdi. Onun komandası yarımfinala gedən yolda “Mulhaus”a uduzmuşdu.

0