[b]NBA: Kevin Lav "Klivlend"lə "davam" dedi[/b]
25.07.2018 - 11:14
[b]NBA: Kevin Lav "Klivlend"lə "davam" dedi[/b]

Kevin Lav karyerasını “Klivlend”də davam etdirmək qərarına gəlib. İnsayder Edrian Voynarovskinin məlumatına görə, “Kavalyers” 29 yaşlı basketbolçu ilə 4 illik müqavilə yeniləyib.

 

Lav bu müddət ərzində 120 milyon dollar qazanacaq. Nəzərə alsaq ki, onun “Kavs”la öncəki müqaviləsinin bitməsinə bir il qalıb, o zaman Kevinin toplam qazancı 145 milyon dollara çatır.

 

Qeyd edək ki, Kevin Lav 2014-cü ildən bəri “Klivlend Kavalyers”də çıxış edir. O, 2016-cı ildə Ohayo təmsilçisinin heyətində NBA çempionluğu yaşamışdı.

0