[b]Rəqibimizdən əzmkar qələbə[/b]
27.06.2018 - 13:54
[b]Rəqibimizdən əzmkar qələbə[/b]

Qadın voleybolçular arasında Millətlər Liqasının final mərhələsinə start verilib. Apasport.az saytının məlumatına görə, “Altılar finalı”nın ilk görüşündə ABŞ-la Türkiyə üz-üzə gəlib.

 

B qrupunda yer alan komandaların dueli 5 set davam edib. İlk 2 hissəni türklər üstün bitirsələr də, sonradan təşəbbüsü əldən veriblər. Dünya çempionatında Azərbaycan yığmasının rəqibi olan ABŞ əzmkar qələbə qazanıb – 3:2 (17:25, 21:25, 25:21, 25:15, 15:11).

 

Qeyd edək ki, həlledici mərhələdə Çin, Braziliya və Hollandiya A, ABŞ, Serbiya və Türkiyə B qrupunda mübarizə aparır. Qruplarda ilk 2 yeri tutacaq komandalar mübarizəni yarımfinalda davam etdirəcəklər. Turnirin qalibinin adı isə iyulun 1-də bilinəcək.

0