[b]"Uimbldon": Cokoviç 4-cü dəfə zirvədə[/b]
16.07.2018 - 10:28
Tennisdə mövsümün üçüncü “Böyük dəbilqə” seriyalı turniri “Uimbldon”a yekun vurulub. Apasport.az saytının məlumatına görə, kişi tennisçilərin finalında Novak Cokoviçlə Kevin Anderson qarşılaşıb.
Oyun serb raketka ustasının üstünlüyü şəraitində keçib. Nəticədə 2 saat 19 dəqiqə davam edən matçda rəqibinə set verməyən Novak Cokoviç (2011, 2014, 2015) 4-cü dəfə “Uimbldon”un qalibi adını qazanıb.
Uimbldon
Kişilər, final
Kevin Anderson (CAR) – Novak Cokoviç (Serbiya) – 0:3 (2:6, 2:6, 6:7)
Qeyd edək ki, bu, Novak Cokoviçin 13-cü “Böyük dəbilqə” çempionluğudu.
0
0