[b]"Uimbldon": Federer set vermədən yoluna davam edir[/b]
05.07.2018 - 11:28
[b]"Uimbldon": Federer set vermədən yoluna davam edir[/b]

Tennisdə mövsümün üçüncü “Böyük dəbilqə” seriyalı turniri “Uimbldon” davam edir. Apasport.az saytının məlumatına görə, kişilərin mübarizəsində ilk 1/16 finalçıların kimliklərinə aydınlıq gəlib.

 

Favoritlərdən Rocer Federer korta çıxıb. Dünya iki nömrəsi Lukaş Laçko ilə qarşılaşıb. Slovakiyalı rəqibi qarşısında çətinlik çəkməyən Federerin “breyk point” belə vermədiyi, ilk servislərindən 93%-lə xal götürdüyü oyundan qalib ayrılması üçün 1 saat 32 dəqiqə kifayət edib. İsveçrəli raketka ustasının növbəti rəqibi İvo Karloviçi mübarizdən kənarlaşdıran Yan-Lennard Ştruff olacaq.

 

Ötən gün oynanılan görüşlərdə qeydə alınan nəticələr:

 

Con Millman (Avstraliya) – Miloş Raoniç (Kanada) – 0:3 (6:7, 6:7, 6:7)

 

Lukas Puil (Fransa) – Dennis Novak (Avstriya) – 2:3 (4:6, 2:6, 7:6, 6:3, 2:6)

 

Paolo Lorentsi (İtaliya) – Qael Monfis (Fransa) – 1:3 (6:3, 3:6, 6:7, 6:7)

 

Gilyermo Qarsiya-Lopes (İspaniya) – Daniil Medvedev (Rusiya) – 0:3 (3:6, 4:6, 2:6)

 

Sem Kuerri (ABŞ) – Sergey Staxovski (Ukrayna) – 3:0 (7:6, 6:3, 6:3)

 

Alyaj Bedene (Sloveniya) – Radu Albot (Moldova) – 2:3 (2:6, 6:4, 6:7, 7:5, 3:6)

 

Makdonald Makkenzi (ABŞ) – Nikolas Harri (Çili) – 3:2 (7:6, 5:7, 3:6, 6:2, 11:9)

 

Adrian Mannarino (Fransa) – Rayan Harrison (ABŞ) – 3:0 (7:5, 7:5, 7:6)

 

İvo Karloviç (Xorvatiya) – Yan-Lennard Ştruff (Almaniya) – 2:3 (7:5, 6:3, 6:7, 6:7, 11:13)

 

Rocer Federer (İsveçrə) – Lukaş Laçko (Sloveniya) – 3:0 (6:4, 6:4, 6:1)

0