[b]“Uimbldon”: Federer turnirlə vidalaşdı, yarımfinalda Nadal-Cokoviç dueli[/b]
12.07.2018 - 10:14
[b]“Uimbldon”: Federer turnirlə vidalaşdı, yarımfinalda Nadal-Cokoviç dueli[/b]

Tennisdə mövsümün üçüncü “Böyük dəbilqə” seriyalı turniri “Uimbldon” davam edir. Apasport.az saytının məlumatına görə, ötən gün kişilərin mübarizəsində 1/4 final mərhələsinin görüşləri keçirilib.

 

Günün sürprizi Kevin Andersondan gəlib. Cənubi afrikalı raketka ustası dünya iki nömrəsi Rocer Federeri mübarizədən kənarlaşdırıb. Anderson ilk iki setdə məğlub olmasına baxmayaraq, geri dönüş edərək 4 saat 17 dəqiqə davam edən görüşdən qalib ayrılıb.

 

“Uimbldon”un 3 qat qalibi Novak Cokoviç Key Nisikorini, dünya bir nömrəsi Rafael Nadal isə Xuan Martin Del Potronu mübarizədən kənarlaşdırıb. Yarımfinala yüksələn dördüncü tennisçi isə Miloş Raoniçi məğlub edən Con İzner olub.

 

 

Uimbldon

 

Kişilər

 

1/4 final

 

Novak Cokoviç (Serbiya) – Key Nisikori (Yaponiya) – 3:1 (6:3, 3:6, 6:2, 6:2)

 

Rocer Federer (İsveçrə) – Kevin Anderson (CAR) – 2:3 (6:2, 7:6, 5:7, 4:6, 11:13)

 

Xuan Martin Del Potro (Argentina) – Rafael Nadal (İspaniya) – 2:3 (5:7, 7:6, 6:4, 4:6, 4:6)

 

Miloş Raoniç (Kanada) – Con İzner (ABŞ) – 1:3 (7:6, 6:7, 4:6, 3:6)

 

 

Qeyd edək ki, yarımfinalda Kevin Anderson Con İznerlə, Novak Cokoviç isə Rafael Nadalla qarşılaşacaq.

0