Tennisdə mövsümün üçüncü “Böyük dəbilqə” seriyalı turniri “Uimbldon”da həlledici mərhələlərin görüşləri keçirilir. Apasport.az saytının məlumatına görə, qadınların mübarizəsində finalçılar müəyyənləşib.
Yuliya Qörqeslə qarşılaşan Serena Uilyamsa finala yüksəlmək üçün 1 saat 12 dəqiqə kifayət edib. İki set sonunda rəqibinə 6 qeym verən amerikalı raketka ustası 10-cu dəfə “Uimbldon”da finala yüksəlib.
Digər yarımfinal oyununda isə Anjelika Kerber Yelena Ostapenkoya qalib gəlib.
Uimbldon
Qadınlar, yarımfinal
Yelena Ostapenko (Latviya) – Anjelika Kerber (Almaniya) – 0:2 (3:6, 3:6)
Yuliya Qörqes (Almaniya) – Serena Uilyams (ABŞ) – 0:2 (2:6, 4:6)
Serena Uilyams və Anjelika Kerber arasındakı final matçı iyulun 14-də keçiriləcək. Qeyd edək ki, sözügedən iki tennisçi 2016-cı il “Uimbldon” finalında üz-üzə gəlmişdi. Oyun Serena Uilyamsın qələbəsi ilə yekunlaşmışdı.