“Azəryol” revanşla ikinci yer arzusunda
10.03.2015 - 17:37
“Azəryol” revanşla ikinci yer arzusunda

Sabah qadın voleybolçular arasında Azərbaycan Super Liqasında XVI turun oyunu keçiriləcək. Apasport.az saytının məlumatına görə, Voleybol Mərkəzində baş tutacaq günün yeganə qarşılaşmasında “Lokomotiv” “Azəryol”u sınağa çəkəcək.

 

Qarşılaşma hər 2 komanda üçün böyük əhəmiyyət kəsb edir. Çünki lider “Rabitə”yə məğlubiyyətin ardınca həm “Lokomotiv”, həm də “Azəryol” xal fərqini azaltmağa çalışacaq.

 

“Dəmiryolçular” ilk 3 matçdan 2-də qalib gəldiyindən bu dəfə də eyni uğuru təkrarlamağa çalışacaq. İkinci yerdə olan Teon Buijsin komandası 1 xal qazanacağı halda da mövqeyini qoruyacaq.

 

Bu səbəbdən də “Azəryol”un matça revanş arzusu ilə çıxacağı gözləniləndi. Çünki mövsümü qalib kimi başa vurmağı hədəfləyən komandanın “Lokomotiv”ə xal vermədən qalib gəlməsi də sensasiya sayılmayacaq. Jeremi Estesin yetirmələri məhz bu halda ikinci yeri ələ keçirəcək.

 

Qeyd edək ki, XVI turun digər oyununda “Rabitə” “Azərreyl”ə 3:1 hesabı ilə qalib gəlib.

 

 

11 mart

XVI tur

18:00. “Lokomotiv” – “Azəryol”

Voleybol Mərkəzi

 

İlk dövrə: “Azəryol” – “Lokomotiv” - 2:3 (26:24, 22:25, 25:22, 26:28, 11:15)

İkinci dövrə: “Lokomotiv” – “Azəryol” - 2:3 (23:25; 25:22; 25:13; 19:25; 7:15)

Üçüncü dövrə: “Azəryol” – “Lokomotiv” - 1:3 (25:14, 14:25, 19:25, 22:25)

 

 

 

Yer

Komanda

O

Q

M

3:0

3:1

3:2

2:3

1:3

0:3

S

T

X

1.

Rabitə

13

11

2

7

3

1

1

1

0

36-11

1122-932

33

2.

Lokomotiv

12

9

3

4

3

2

1

1

1

30-16

1050-953

26

3.

Azəryol

12

8

4

4

3

1

2

2

0

30-17

1068-989

25

4.

Azərreyl

13

2

10

0

1

1

1

2

8

10-36

907-1094

6

5.

Telekom

12

1

11

0

0

1

1

4

6

9-35

880-1059

3