“Azəryol”un qələbəsində pay sahibləri
19.02.2015 - 09:18
“Azəryol”un qələbəsində pay sahibləri

Qadın voleybolçular arasında Çempionlar Liqasının I pley-off mərhələsi çərçivəsində keçirilən “Yamamay” (İtaliya) – “Azəryol” (Azərbaycan) oyununun ən yaxşılarının adları müəyyənləşib. Apasport.az saytının məlumatına görə, Bakı təmsilçisinin 3:2 hesabı ilə qalib gəldiyi qarşılaşmanın ən dəyərli voleybolçusu Valentina Diuf olub.

 

“Yamamay”ın hücumçusu 19 xal toplamaqla, bombardirlik mübarizəsində də hamını geridə qoyub.

 

“Azəryol”un heyətində isə yenə Yovana Brakoçeviç məhsuldarlığı ilə seçilib. Serbiyalı voleybolçumuz 17 dəqiq zərbə vurub.

 

Komandamızın digər voleybolçularından Kseniya Poznyak 15, Yelena Nikoliçlə Straşmira Filipova 12, Odina Əliyeva 11 və Lora Kitipova 9 xal toplayıb.

 

Qeyd edək ki, bu qələbə “Azəryol”un mərhələ adlamasına kömək etməyib. Komandamız ilk görüşdə 1:3 hesabı ilə uduzduğundan Çempionlar Liqasında mübarizəni dayandırıb.