“Bütün diqqətimizi Azərbaycan çempionatına yönəldəcəyik”
23.02.2015 - 17:29
“Bütün diqqətimizi Azərbaycan çempionatına yönəldəcəyik”

“Azəryol”un voleybolçusu Lenka Dürr Çempionlar Liqasında mübarizəni dayandırmalarını bəxtsizliklə əlaqələndirib. Apasport.az saytının məlumatına görə, almaniyalı libero komandasının İtaliya “Yamamay”ından heç də zəif olmadığını açıqlayıb.

 

Onun sözlərinə görə, “Dördlər finalı”nın 1 addımlığında yarışla vidalaşsalar da, Azərbaycan Super Liqasında bunu sığortalamağa çalışacaqlar: “Çempionlar Liqası ilə vidalaşdıq. Lakin bu komandamızın rəqibdən zəif olması anlamına gəlməməlidi. Biz gərgin keçən qarşılamada “Yamamay”ı 5 setdə məğlub etsək də, mübarizəni dayandırmalı olduq. Bundan sonra bütün diqqətimizi Azərbaycan çempionatına yönəldəcəyik”.

 

Qeyd edək ki, Bakıda 1:3 hesabı ilə “Yamamay”a uduzan “Azəryol” cavab qarşılaşmasında 3:2 hesabı ilə qalib gəlsə də, II pley-off mərhələsinə rəqib vəsiqə qazanıb.