Qadın voleybolçular arasında Türkiyə Superliqasında XIX turun oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, tur çərçivəsində Azərbaycan millisinin hücumçusu Yana Ağayevanın şərəfini qoruduğu “Çanakqala Bld” lider “Vakıfbank”ı qəbul edib.
Qarşılaşma təmsilçimizin komandası üçün uğursuz alınıb və qonaqlar “quru hesablı” qələbə qazanıblar – 3:0 (25:11; 25:19; 25:14). Ağayeva 8 xalla komandasının ən yaxşısı olub.
Millimizin toppaylayıcısı Anita Bredisin çıxış etdiyi “Yeşilyurt” isə növbəti məğlubiyyətinə üzülüb. Onlar “Fənərbaxça” qarşısında aciz qalıblar – 0:3 (21:25; 12:25; 15:25).
Bu görüşlərdən sonra “Çanakqala Bld” 18 xalla 10-cu, “Yeşilyurt” 1 xalla 12-cidi.