“İnter” Sxadadzesiz toplaşacaq
19.03.2015 - 13:37
“İnter” Sxadadzesiz toplaşacaq

Topaz Premyer Liqasının XXVI turunda öz meydanında “Qəbələ”yə məğlub olan “İnter” futbolçularını istirahətə buraxıb. Apasport.az saytının məlumatına görə, “bankirlər” martın 23-də yenidən bir araya gələcəklər.

 

Növbəti turda “Qarabağ”la üz-üzə gələcək paytaxt klubu məhz həmin tarixdən matçın hazırlığına start verəcək. Ayın 23-nə kimi bəzi legionerlər ölkələrinə gedəcəklər. Amma çoxunun qısamüddətli istirahəti Bakıda keçirəcəyi bildirilir. Baş məşqçi Kaxaber Sxadadze isə Gürcüstan yığmasının düşərgəsinə yollanacaq. Martın 25-də Malta ilə baş tutacaq yoldaşlıq matçından dərhal sonra isə təcrübəli mütəxəssis Bakıya qayıdacaq.

 

“Qarabağ”la oyun öncəsi “İnter”in heyəti zədəli və cəzalı futbolçu yoxdu. Cəzasını bitirən Sezar Meza Kolli də ağdamlılarla matçda komandasına kömək edə biləcək.

 

Qeyd edək ki, “Qarabağ” – “İnter” qarşılaşması aprelin 1-də keçiriləcək.