“Liverpul” onun üçün 10 milyondan keçməyə hazırdı
15.06.2015 - 19:03
“Liverpul” onun üçün 10 milyondan keçməyə hazırdı

 

 

“Southempton”un müdafiəçisi Nataniel Klayn “Liverpul”un maraq dairəsinə düşüb. Apasport.az saytının məlumatına görə, “qırmızılıar” ingilis müdafiəçi üçün 10 milyon funt-sterlinq təklif ediblər.

 

Ancaq “müqəddəslər” bazarlıq üçün ilkin qiyməti 15 milyon təyin ediblər.

 

Xatırladaq ki, 24 yaşlı futbolçunun klubu ilə müqaviləsi növbəti il başa çatır.