“Rabitə”nin kapitanı: Motivasiyamız çox yüksəkdi
10.03.2015 - 18:01
“Rabitə”nin kapitanı: Motivasiyamız çox yüksəkdi

“Rabitə”nin kapitanı Aurea Kruz CEV kubokunun “Çelenc raund”u çərçivəsində “Beziers”lə (Fransa) oyun öncəsi fikirlərini açıqlayıb. Apasport.az saytının məlumatına görə, puerto-rikalı voleybolçu ilk qarşılaşmada 3:1 hesabı ilə qalib gəlmələrinə baxmayaraq, cavab görüşünə də qələbə üçün çıxacaqlarını deyib.

 

Kruz azarkeşlərə də mesaj göndərərək, martın 12-də “Sərhədçi” Olimpiya Mərkəzində onlara sevinc bəxş edəcəkləri də vəd edib: “Cavab oyunu öncəsi motivasiyamız çox yüksəkdi. İlk qarşılaşmadakından da yaxşı oyun göstərmək əzmindəyik. “Beziers”ə hörmətlə yanaşırıq. Amma hesab edirəm ki, daha çox öz oyunumuza fikir verməliyik”.