[b]2 dəfə təxirə salınan oyunun vaxtı dəqiqləşdi[/b]
25.02.2015 - 11:52
[b]2 dəfə təxirə salınan oyunun vaxtı dəqiqləşdi[/b]

Qadın voleybolçular arasında Azərbaycan Super Liqasının XI turundan təxirə salınan “Azəryol” – “Lokomotiv” qarşılaşmasının keçiriləcəyi tarix dəqiqləşib. Apasport.az saytının məlumatına görə, 2 dəfə açıqlanan vaxtda baş tutmayan görüş martın 2-də olacaq.

 

Voleybol Mərkəzində təşkil ediləcək matçın start fiti saat 18:00-da veriləcək.

 

Qeyd edək ki, bu qarşılaşma ilə Super Liqanın III dövrəsinə yekun da vurulacaq.