Qadın voleybolçular arasında Yaponiya çempionatında növbəti turların görüşləri keçirilib. Apasport.az saytının məlumatına görə, Azərbaycan millisinin hücumçusu Polina Rəhimovanın şərəfini qoruduğu “Toyota” XX tur çərçivəsində “Okayama”nın qonağı olub.
Qarşılaşma təmsilçimizin komandası üçün uğurlu alınıb. “Avtomobilçilər” 3:1 (25:19, 26:24, 14:25, 25:17) hesabı ilə qalib gəliblər. Polina qarşılaşmada komandasına 30 xal qazandırıb. Hücumçumuz bu xallardan 25-ini hücumda, 1-ini blokda və 4-ünü eyslə əldə edib.
“Toyota” ardınca “Marbelous”la qarşılaşıb. Matçı səfərdə keçirən komanda 0:3 (24:26, 21:25, 16:25) hesabı ilə uduzub. Rəhimova bu dəfə 19 xal toplayıb. O 17 dəfə hücumda, 1 dəfə blokda və bir dəfə topu oyuna daxiletmədə dəqiq olub.
Qeyd edək ki, 21 oyundan sonra hesabında 30 xalı olan “Toyota” turnir cədvəlində yenə 5-ci yerdədi.
- Millimiz Portuqaliya ilə qarşılaşacaq
- Möhtəşəm geridönüş - Türkiyə Almaniyanı məğlub etdi
- Eldar Zülfüqarov Avropa Liqasının oyunlarına təyinat alıb
- Qadın və kişi voleybolçulardan ibarət millimiz Avropa Liqasında mübarizəni davam etdirirlər
- Bakıda keçiriləcək çimərlik voleybolu üzrə beynəlxalq turnirə 40 komanda qatılacaq