[b]“Azərbaycan yığmasına çətinliklər yaratmağa çalışacağıq” [/b]
18.05.2018 - 14:22
[b]“Azərbaycan yığmasına çətinliklər yaratmağa çalışacağıq”  [/b]

“İspaniya ilə keçirdiyimiz yoxlama oyunları bizim hazırkı vəziyyətimizi dəyərləndirməyə kömək etdi”. Apasport.az saytının məlumatına görə, bunu Portuqaliya millisinin voleybolçusu Yoana Resende deyib.

 

27 yaşlı libero Avropa Liqası öncəsi fikirlərini açıqlayıb. İspaniya millisi ilə keçirdiyi görüşlərdə qələbə qazanan Resende bildirib ki, bu uğuru Azərbaycan, Bolqarıstan və Ukrayna ilə matçlarda da təkrarlamaq arzusundadı: “İspaniya ilə qarşılaşmalarda bəzi oyun elementlərinin üzərində işləyib, nələri yaxşılaşdırmağı gördük. Bir sözlə, çatmaq istədiyimiz səviyyəyə yüksəlmək üçün zəruri olan məqamları müəyyənləşdirdik. 2 həftəlik gərgin təlim-məşq toplanışı keçdik. Böyük hədəflərə çatmaq üçün daim güclənməli olduğumuzu yaxşı başa düşürük. Hazırkı hədəfimiz Avropa Liqasında uğurlu çıxışdı”.

 

O, Ukrayna ilə müqayisədə, Azərbaycan və Bolqarıstanla oyunun daha çətin keçəcəyini də deyib: “Bilirik ki, Bolqarıstan və Azərbaycan yığmaları çox güclüdülər. Lakin onlara kifayət qədər çətinliklər yaratmağa çalışacağıq. Çünki bizim çox böyük istəyimiz var. Həmişə də qələbə ruhu ilə meydana çıxıb, bayrağımızı şərəflə təmsil etmək istəyirik”.

0