“Çempionlar Liqasındakı növbəti rəqibimiz tam bələd olduğumu komandadı. Onlara ev matçında qalib gəlsək də, bu dəfə fərqli oyun gözləyirəm”. Apasport.az saytının məlumatına görə, bunu “Modena”nın voleybolçusu Yovana Brakoçeviç deyib.
Komandasının kapitanı Çempionlar Liqasında “Telekom”la oyundan danışıb. Serbiyalı ulduz İtaliyada 3:0 hesabı ilə qalib gəldikləri Bakı təmsilçisini ikinci matçda da məğlub etməyi planlaşdırdıqlarını açıqlayıb: “Bakı klubu ilə bu dəfə səfərdə oynayacağımızdan məğlubiyyətin revanşını almağa çalışacaqlar. Bu üzdən də bizə çətin olacaq. Amma bütün bacarığımızı ortaya qoyub, qələbə qazanmaq üçün hər şey edəcəyik”.
“Azərreyl”in sabiq voleybolçusu bu gün baş tutacaq matçda özünü yaxşı tərəfdən göstərəcəyini də deyib: “Şəxsi hədəfim Modenaya 3 xalla qayıtmaqdı. Bunun üçün yaxşı çıxış edəcəyimə inanıram”.
- Millimiz Portuqaliya ilə qarşılaşacaq
- Möhtəşəm geridönüş - Türkiyə Almaniyanı məğlub etdi
- Eldar Zülfüqarov Avropa Liqasının oyunlarına təyinat alıb
- Qadın və kişi voleybolçulardan ibarət millimiz Avropa Liqasında mübarizəni davam etdirirlər
- Bakıda keçiriləcək çimərlik voleybolu üzrə beynəlxalq turnirə 40 komanda qatılacaq