[b]“Fənərbaxça” Türkiyə çempionu oldu[/b]
02.05.2015 - 00:38
Qadın voleybolçular arasında Türkiyə çempionatı başa çatıb. Apasport.az saytının məlumatına görə, “Fənərbaxça” 4-cü dəfə çempion tutuluna sahib çıxıb.
Final mərhələsinin oyunlarından sonra “Fənərbaxça” 14 xalla birinci, “Vakıfbank” 11 xalla ikinci, “Əczaçıbaşı” isə 8 xalla üçüncü olub. Cəmi 3 xal toplayan “Qalatasaray” dördüncü yerlə kifayətlənib.
Mövsümün yekunlarına əsasən, “Fənərbaxça” və “Vakıfbank” Çempionlar Liqasında, “Əczaçıbaşı” və “Qalatasaray” isə CEV kubokunda mübarizə aparacaqlar.
0
0