[b]“Lokomotiv” Türkiyə millisinin tükənmiş oyunçusunu transfer etdi[/b]
09.06.2015 - 08:50
[b]“Lokomotiv” Türkiyə millisinin tükənmiş oyunçusunu transfer etdi[/b]

“Lokomotiv” heyətinə yeni voleybolçu cəlb edib. Apasport.az saytının məlumatına görə, “dəmiryolçular” Türkiyə millisinin tükənmiş oyunçusu Özge Kırdar Çembercini rənglərinə bağlayıb.

 

182 sm boya malik 30 yaşlı toppaylayıcı ilə 1 illik müqavilə imzalanıb. Çemberci Polşanın “Tauron” klubundan transfer olunub.

 

Ölkəsində “Vakıfbank” (2000-2003, 2008-2012), “Yeşilyurt” (2003-2006), “Fənərbaxça” (2006-2007), “Ereğli Belediyəspor” (2007-2008) və “Əczaçıbaşı” (2012-2013) komandalarında oynayıb. Sonradan türk klublarında özünə əsas heyətdə yer tapa bilməyən Çemberci legioner həyatı yaşayıb. Lakin “Tauron”la ciddi uğur qazana bilməyən Kırdar buranı “Lokomotiv”ə dəyişib. O, komandadan ayrılan ulduz toppaylayıcı Karli Lloydi əvəzləməlidi.

 

Özge karyerasının pik nöqtəsini isə 2011-2013-cü illərdə yaşayıb. O, məhz Polşaya üz tutana qədər Çempionlar Liqasının, Türkiyə Superkubokunun və Akdəniz Oyunlarının qalibi, klublararası dünya çempionatının ikincisi və Avropa çempionatının üçüncüsü olub.

 

Qeyd edək ki, “Lokomotiv” Kırdardan öncə çexiyalı Aneta Havlikova və serbiyalı Aleksandra Srnçeviçlə müqavilənin müddətini artırıb.