[b]“Lokomotiv”i mübarizədən kənarlaşdırıb, “Rabitə”yə rəqib ola bilər[/b]
06.03.2015 - 09:36
[b]“Lokomotiv”i mübarizədən kənarlaşdırıb, “Rabitə”yə rəqib ola bilər[/b]

Qadın voleybolçular arasında CEV kubokunun “Çelenc raund” mərhələsinin ilk oyunları başa çatıb. Apasport.az saytının məlumatına görə, “Rabitə”nin Fransa “Beziers”ini məğlub etdiyi qarşılaşmada sensasiya qeydə alınmayıb.

 

Belə ki, Azərbaycan çempionunun potensial rəqiblərinin duelində Krasnodar “Dinamo”su qələbə qazanıb. “Lokomotiv”i mübarizədən kənarlaşdıran rusiyalılar Fransa “Nant”ına göz açmağa imkan verməyiblər – 3:0.

 

Digər görüşlərdə də favoritlər “Rabitə” kimi qələbəyə seviniblər.

 

CEV kuboku

“Çelenc raund”, ilk oyun

“Dinamo” (Rusiya, Krasnodar) – “Nant” (Fransa) – 3:0 (25:12; 25:17; 25:11)

“Beziers” (Fransa) – “Rabitə” (Azərbaycan) – 1:3 (22:25; 28:26; 14:25; 21:25)

“Omiçka” (Rusiya) – “Qalatasaray” (Türkiyə) – 3:0 (25:19; 28:26; 25:22)

“Ştiinta” (Rumıniya) – “Atom” (Polşa) – 0:3 (15:25; 21:25; 18:25)

 

Qeyd edək ki, cavab matçları martın 10-12-si aralığında olacaq.