[b]“Neftçi” çempion oldu [/b]
09.04.2015 - 15:15
Kişi voleybolçular arasında keçirilən Azərbaycan çempionatına yekun vurulub. Apasport.az saytının məlumatına görə, 6 komandanın mübarizə apardığı yarışın qalibi adını “Neftçi” qazanıb.
Onlar həlledici oyunda “Nəqliyyatçı”ya 3:0 hesabı ilə qalib gəldikdən sonra çempionluqlarını rəsmiləşdiriblər. Üçüncü yeri isə “Binəqədi” tutub. Onlar Ali Hərbi Məktəbin komandasına 3:0 hesabı ilə qalib gəlməklə, mükafatçılar sırasında yer alıblar.
0
0