Basketbol üzrə Avropa Liqasının İdarə Heyətinin sədri Xordi Bertomeu İstanbulda keçirdiyi mətbuat konfransında maraqlı fikirlər səsləndirib. Apasport.az saytının məlumatına görə, “Qalatasaray” basketbol komandasının gələn mövsüm Avroliqaya qatılıb-qatılmayacağı ilə bağlı danışan Bertomeu, əgər komandanın yetərincə maliyyə qaynağı yoxdursa onun Avroliqada oynaya bilməyəcəyini bildirib:
“Bu il “Qalatasaray”ın başına gələnlər bizi çox çətin vəziyyətə saldı. Komandanın yaşadığı maddi sıxıntılar TOP-16-da meydandanakı vəziyyətinə də təsir etdi. Belə bir şeyin təkrarlanmasına icazə verməyəcəyik”.