[b]“Rabitə” növbəti finalına doğru, “Azəryol” üçün çətin sınaq[/b]
03.04.2015 - 15:44
[b]“Rabitə” növbəti finalına doğru, “Azəryol” üçün çətin sınaq[/b]

Sabah qadın voleybolçular arasında Azərbaycan Super Liqasında pley-off mərhələsinə start veriləcək. Apasport.az saytının məlumatına görə, əsas mərhələdə ilk 4 pillədə qərarlaşan komandalar münasibətlərinə aydınlıq gətirəcəklər.

 

Belə ki, mərhələnin ilk görüşündə “Rabitə” “Azərreyl”i sınağa çəkəcək. Son illərin dəyişməz çempionu nəinki qarşılaşmasının cütün aşkar favoritidi. Zoran Qayiçin gəlişindən sonra çempionatda uduzmayan “Rabitə”nin “dəmiryolçular”ı əsas mərhələdə olduğu asanlıqla məğlub edəcəyi gözləniləndi.

 

Ardınca “Azəryol” “Lokomotiv”i sınağa çəkəcək. Bu dueldə də birincilər üstündü. Çünki son ilk 2 dövrədəki məğlubiyyətin ardınca son 2 oyunda “dəmiryolçular”a xal belə verməyən Ceyson Haldanın komandası “dəmiryolçular”ı məğlub edəcək gücdədi. Düzdü, “Lokomotiv” Bülənt Karslıoğluya tapşırıldığından komandanın ciddi müqavimət göstərəcəyi proqnozlaşdırılır. Həmçinin, türkiyəli mütəxəssis ötən mövsüm “İqtisadçı” ilə “Azəryol”a uduzduğundan bu dəfə qisas arzusundadı. Lakin Super Liqanın gümüş medalçısının onlara bu şansı verəcəyi gözlənilən deyil.

 

Qeyd edək ki, pley-offda 2 qələbə qazanan komanda finala yüksələcək. Əgər hər klub 1 dəfə qalib gələrsə, əlavə görüş təşkil olunacaq.  

 

 

Pley-off mərhələsi

4 aprel
16:00. “Rabitə” – “Azərreyl”

"Sərhədçi" Olimpiya Mərkəzi


Əsas mərhələdəki oyunları

I dövrə: “Rabitə” – “Azərreyl”  - 3:0 (25:20; 25:22; 25:22)
II dövrə: “Azərreyl” – “Rabitə” - 0:3 (8:25; 18:25; 23:25)
III dövrə: “Rabitə” - “Azərreyl” - 3:0 (25:21; 25:5; 25:9)

IV dövrə: “Azərreyl” – “Rabitə” - 1:3 (21:25; 21:25; 25:21; 23:25)

 

18:00. “Azəryol” – “Lokomotiv”

Voleybol Mərkəzi

 

Əsas mərhələdəki oyunları

İlk dövrə: “Azəryol” – “Lokomotiv” - 2:3 (26:24, 22:25, 25:22, 26:28, 11:15)

İkinci dövrə: “Lokomotiv” – “Azəryol” - 2:3 (23:25; 25:22; 25:13; 19:25; 7:15)

Üçüncü dövrə: “Azəryol” – “Lokomotiv” - 1:3 (25:14, 14:25, 19:25, 22:25)

Dördüncü dövrə: “Lokomotiv” – “Azəryol” - 0:3 (22:25, 12:25, 19:25)