“Telekom”un Azərbaycan Super Liqasında məğlubiyyətsiz oyunlar seriyası başa çatıb. Apasport.az saytının məlumatına görə, bu gün “Azəryol”a 0:3 hesabı ilə uduzan “rabitəçilər” mövsümdə ilk dəfə meydanı qələbəsi tərk edib.
Bununla da Zoran Qayiçin komandasının 11 oyunluq qalibiyyət seriyası başa çatıb. Bunadək “Telekom”un son məğlubiyyəti 314 gün əvvələ təsadüf etmişdi. Onlar ötən mövsümün final mərhələsinin III qarşılaşmasında “Azərreyl”ə boyun əymişdilər. Aprelin 9-dakı 0:3 hesablı məğlubiyyətdən sonra daxili yarışlarda onları üstələyən olmamışdı.
Qeyd edək ki, məğlubiyyətə baxmayaraq, “Telekom” yenə turnir cədvəlinə başçılıq edir.
- Millimiz Portuqaliya ilə qarşılaşacaq
- Möhtəşəm geridönüş - Türkiyə Almaniyanı məğlub etdi
- Eldar Zülfüqarov Avropa Liqasının oyunlarına təyinat alıb
- Qadın və kişi voleybolçulardan ibarət millimiz Avropa Liqasında mübarizəni davam etdirirlər
- Bakıda keçiriləcək çimərlik voleybolu üzrə beynəlxalq turnirə 40 komanda qatılacaq