Avropa Voleybol Konfederasiyası qadın voleybolçular arasında Çempionlar Liqasının təqvimində dəyişiklik edib. Apasport.az saytının məlumatına görə, Bakı klubları – “Azərreyl” və “Lokomotiv”in yer aldığı A qrupunun görüşləri yeni tarixə keçirilib.
Belə ki, Çempionlar Liqasının ilk turunda Azərbaycan derbisi nəzərdə tutulsa da, həmin oyun II oyun həftəsinə keçirilib. Həmçinin son tura təsadüf etməli olan duel də 1 həftə irəli çəkilib.
Nəticədə A qrupunda təmsilçilərimizin oyunlarının vaxtı aşağıdakı kimi rəsmiləşib.
A qrupu
27-29 oktyabr
“Dinamo” (Rusiya, Kazan) - “Lokomotiv” (Azərbaycan)
“Azərreyl” (Azərbaycan) – “Ştutqart” (Almaniya)
10-12 noyabr
“Lokomotiv” (Azərbaycan) – “Azərreyl” (Azərbaycan)
24-26 noyabr
“Dinamo” (Rusiya, Kazan) - “Azərreyl” (Azərbaycan)
“Lokomotiv” (Azərbaycan) – “Ştutqart” (Almaniya)
8-10 dekabr
“Ştutqart” (Almaniya) - “Lokomotiv” (Azərbaycan)
“Azərreyl” (Azərbaycan) - “Dinamo” (Rusiya, Kazan)
19-21 yanvar
“Lokomotiv” (Azərbaycan) - “Azərreyl” (Azərbaycan)
27 yanvar
“Lokomotiv” (Azərbaycan) – “Dinamo” (Rusiya, Kazan)
“Ştutqart” (Almaniya) - “Azərreyl” (Azərbaycan)
Qeyd edək ki, Çempionlar Liqasının E qrupunda mübarizə aparacaq “Telekom”un oyunlarında hansısa dəyişiklik olmayıb.