Avropa Voleybol Federasiyası (CEV) Çempionlar Liqasında mübarizə aparacaq klubları səbətlərə bölüb. Apasport.az saytının məlumatına görə, qadın voleybolçular arasında 24 komanda reytinqinə əsasən 4 qrupa ayrılıb.
Bakı klublarından ən yaxşı reytinqə malik “Telekom” və “Lokomotiv” 2-ci səbətdə yer alıb. Bu səbəbdən də hər 2 təmsilçimiz nisbətən asan rəqiblə düşəcək. Onlardan fərqli, “wild card”la Çempionlar Liqasında qüvvəsini sınayacaq “Azərreyl” 4-cü “altılıq”a düşüb.
İlk səbətdə isə qitə nəhəngləri - Türkiyə və Rusiya klubları qərarlaşıb.
Qeyd edək ki, püşkatma sabah Avstriyanın paytaxtı Vyanada keçiriləcək.
1-ci səbət
“Fənərbaxça” (Türkiyə)
“Vakıfbank” (Türkiyə)
“Əczaçıbaşı” (Türkiyə)
“Dinamo” (Kazan, Rusiya)
“Dinamo” (Moskva, Rusiya)
“Uraloçka” (Rusiya)
2-ci səbət
“Kann” (Fransa)
“Le Kannet” (Fransa)
“Telekom” (Azərbaycan)
“Lokomotiv” (Azərbaycan)
“Ximik” (Polşa)
“Atom” (Polşa)
3-cü səbət
“Dresdner” (Almaniya)
“Stutqart” (Almaniya)
“Novara” (İtaliya)
“Kasalmaqqiore” (İtaliya)
“Alba” (Rumıniya)
“Volero” (İsveçrə)
4-cü səbət
“Agel” (Çexiya)
“Partizan” (Serbiya)
“Kalsit” (Sloveniya)
“Azərreyl” (Azərbaycan)
“İmpel” (Polşa)
“Pyaçentsa” (İtaliya)